Ana Sayfa > Karusel / Gündəm > Avtobus zolağına daxil olan sürücülər cərimələnəcəklər” - XƏBƏRDARLIQ
Avtobus zolağına daxil olan sürücülər cərimələnəcəklər” - XƏBƏRDARLIQ8-02-2021, 14:44. Yazar: Admin |
Avtobuslar üçün yaradılan xüsusi zolaqlar ictimai nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək üçün nəzərdə tutulub.
“Zolağa daxil olan və ya orada dayanan avtomobillər aşkar edildikdə dərhal ərazi üzrə xidmət aparan əməkdaşlar xəbərdar olunur. YPX əməkdaşları da həmin sürücüləri aşkar edərək barələrində tədbir görür və ya təbliğat xarakterli söhbətlər apardıqdan sonra maşının ərazidən götürülməsini təmin edirlər.
Şöbə rəisinin sözlərinə görə, bütün bunların qarşısını almaq üçün yol polisi artıq müəyyən addımlar atmağa başlayıb: “Bu, təkcə sürücüləri cərimələmək və məsuliyyətə cəlb etmək deyil, maarifləndirmə işləri aparmaqla bu problemlərin həllinə nail olmaqdır. Lakin təəssüflər olsun ki, bəzi avtobus dayanacaqları və taksi duracaqlarının düzgün təşkil olunmaması problemlər yaradır. Belə ki, bütün avtobus duracaqlarında avtobuslar üçün xüsusi ciblər olduqda və taksilər üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq yerlərin ayrılması mövcud problemin həllinə geniş imkanlar yarada bilər. Yəni, taksilər onlar üçün yaradılmış duracaqlardan istifadə etməlidir ki, əlavə problemlər yaranmasın. Geri dön |