ABŞ Prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşner yaxın iki həftə ərzində Rusiyaya səfər edə bilərlər.
Bu barədə TASS məlumat yayıb.
Qeyd edək ki, oktyabrın 9-da ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Prezidentlər Rusiyadan dizel yanacağının tədarükü məsələsini müzakirə ediblər.
Tramp “Truth Social” sosial şəbəkəsindəki paylaşımında Putinlə danışıqlar apardığını və Rusiyanın ABŞ və dünya bazarına böyük həcmdə dizel yanacağı tədarük etməsi barədə razılıq əldə olunduğunu açıqlayıb.
Onun sözlərinə görə, Rusiya dərhal ABŞ və dünya bazarına 300 min tondan çox dizel yanacağı tədarük edəcək. Noyabr ayı ərzində əlavə 500 min ton, bundan dərhal sonra isə daha 1 milyon ton yanacaq göndəriləcək.
ABŞ Prezidenti bildirib ki, Rusiyanın neft emalı zavodlarının vəziyyətindən asılı olaraq, yaxın müddətdə əlavə 3 milyon ton dizel yanacağının da tədarükü nəzərdə tutulur.
Tramp qeyd edib ki, ABŞ-ın Hörmüz boğazına tam nəzarəti və Rusiyanın enerji resursları ilə bağlı bu razılaşma amerikalılar, eləcə də dünya istehlakçıları üçün dizel yanacağının qiymətlərinin aşağı düşməsinə səbəb olacaq.
Tramp razılaşmanı olduqca mühüm adlandırıb.