Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Putin Trampa İranın münaqişənin həlli ilə bağlı mövqeyini çatdır
Ana Sayfa > Karusel / Dünya > Putin Trampa İranın münaqişənin həlli ilə bağlı mövqeyini çatdır

Putin Trampa İranın münaqişənin həlli ilə bağlı mövqeyini çatdır


10-10-2026, 19:56. Yazar: Admin

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı İran tərəfinin münaqişənin mümkün həlli ilə bağlı mövqeyini çatdırıb.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Putin İran Prezidenti Məsud Pezeşkianla Türkmənistanda keçirilən sammit çərçivəsində iki görüş keçirib. Görüşlərdən birində Rusiya lideri İran prezidentinə Trampla planlaşdırılan telefon danışığı barədə məlumat verib.

Peskov bildirib ki, Putin İran tərəfinin mövqeyini Pezeşkianla razılaşdıraraq Trampa çatdırıb.

Qeyd edək ki, Putinlə Tramp arasında oktyabrın 9-da baş tutan telefon danışığı təxminən bir saat yarım davam edib.


Geri dön