Ana Sayfa > Karusel / Gündəm > Keçmiş nazirin “sağ əli” də həbs olundu 

Keçmiş nazirin “sağ əli” də həbs olundu 


8-02-2021, 14:39. Yazar: Admin

Keçmiş nazirin “sağ əli” də həbs olundu 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) keçmiş Aparat rəhbəri Əjdər Ol (Cəbiyev) Səbail Məhkəməsinin qərarı ilə 4 ay müddətinə azadlıqdan məhrum olunub.

Qarabaginfo.az xəbər verir ki, bu haqda “Hürriyyət” qəzeti məlumat yayıb. Xəbərə görə, Əjdər Cəbiyev ƏƏSMN-də çalışdığı dönəmdə vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verməkdə ittiham edilir.

Qeyd edək ki, Ə.Cəbiyev keçmiş nazir Səlim Müslümovun “sağ əli” kimi tanınırdı.

Xatırladaq ki, 2018-ci ildə fəaliyyətində ciddi korrupsiya əməlləri aşkarlanan sabiq nazir Səlim Müslümovun üzərindən 3 il keçdikdən sonra həbs olunub. S.Müslümov nazir işlədiyi dövrdə korrupsiya əməllərinə bulaşdığı üçün DTX tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilir.Yenisabah.az


Geri dön