Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Səhiyyə Nazirliyi: Azərbaycanda orta ömür uzunluğunun müddəti 77 ili ötüb
Ana Sayfa > Karusel / Dünya > Səhiyyə Nazirliyi: Azərbaycanda orta ömür uzunluğunun müddəti 77 ili ötüb

Səhiyyə Nazirliyi: Azərbaycanda orta ömür uzunluğunun müddəti 77 ili ötüb


Dünən, 11:07. Yazar: Admin

Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev

 

Azərbaycanda qeyri-infeksion xəstəliklərin payı artır.

Qarabaginfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Nazirliyin və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə Dünya Ağciyər Sağlamlığı Gününə həsr olunan beynəlxalq elmi-praktik konfransda deyib.

O bildirib ki, son illərin tibbi-bioloji mənzərəsinə nəzər saldıqda, qeyri-yoluxucu xəstəliklərin üstünlük təşkil etdiyini görmək mümkündür:

“Bununla yanaşı, digər bir tibbi tendensiyanın da şahidi oluruq. Belə ki, dünyada orta ömür uzunluğu son illərdə 73 ili ötüb. Azərbaycanda isə bu göstərici 2025-ci ilin sonuna 77 ili ötüb. Bununla belə, düşünməliyik ki, qazandığımız əlavə ömür illərini nə dərəcədə sağlam yaşayırıq. Ömür uzunluğunun artması ilə yanaşı, xüsusilə qeyri-yoluxucu xəstəliklərin də rolu artıb”, – deyə o qeyd edib.


Geri dön