Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > FT: Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələri davam etdirəcək
Ana Sayfa > Karusel / Dünya > FT: Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələri davam etdirəcək

FT: Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələri davam etdirəcək


Bu gün, 10:57. Yazar: Admin

FT: Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələri davam etdirəcək

Ukrayna Rusiyanın enerji obyektlərinə uzaqmənzilli pilotsuz uçuş aparatları ilə zərbələr endirməyə davam etmək niyyətindədir.

Bu barədə “Financial Times” qəzetinin jurnalisti Kristofer Miller Ukrayna rəsmisinə istinadən “X” sosial şəbəkəsində məlumat yayıb.

“Biz onların neft emalı zavodlarını yandıracağıq”, – ukraynalı rəsmi jurnalistə bildirib.

Miller qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin Rusiya dizel yanacağının digər ölkələrə tədarükü ilə bağlı razılıq əldə olunduğunu açıqlamasından sonra Kiyevdə ciddi narazılıq yaranıb.

Jurnalistin sözlərinə görə, Ukrayna rəhbərliyində Vaşinqtonun bu qərarı məyusluq və qəzəblə qarşılanıb.


Geri dön