Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Tramp Ər-Riyad hava limanına hücumdan narazılığını bildirib
Ana Sayfa > Karusel / Dünya > Tramp Ər-Riyad hava limanına hücumdan narazılığını bildirib

Tramp Ər-Riyad hava limanına hücumdan narazılığını bildirib


Bu gün, 10:55. Yazar: Admin

ABŞ Prezidenti Donald Tramp

 

ABŞ Prezidenti Donald Tramp Yəmənin “Ənsar Allah” hərəkatının (husilər) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücumundan narazılığını ifadə edib.

Qarabaginfo.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərlə söhbətində bildirib.

“Bu, yaxşı deyil, xoşagəlməz hadisədir. Mən narazıyam”, – ABŞ Prezidenti qeyd edib.

Xatırladaq ki, daha əvvəl Səudiyyə Ərəbistanı rəsmiləri Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücum edildiyini açıqlayıblar.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, hücum nəticəsində azı üç Səudiyyə Ərəbistanı vətəndaşı həyatını itirib, daha bir neçə nəfər yaralanıb.


Geri dön