Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > ABŞ və Avropa ölkələri Ukraynada qışa qədər münaqişənin dayandırılması imkanlarını müzakirə ediblər
Ana Sayfa > Karusel / Dünya > ABŞ və Avropa ölkələri Ukraynada qışa qədər münaqişənin dayandırılması imkanlarını müzakirə ediblər

ABŞ və Avropa ölkələri Ukraynada qışa qədər münaqişənin dayandırılması imkanlarını müzakirə ediblər


Dünən, 10:54. Yazar: Admin

ABŞ və Avropa ölkələri Ukraynada qışa qədər münaqişənin dayandırılması imkanlarını müzakirə ediblər

ABŞ, Ukrayna, Avropa ölkələri və NATO nümayəndələri Mayamidə Ukraynada münaqişənin qış mövsümünə qədər dayandırılması imkanlarını müzakirə ediblər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff “X” sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, oktyabrın 9-da Mayamidə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Avropa Komissiyası, Ukrayna və NATO nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Görüş zamanı Ukraynada münaqişənin qış mövsümü başlamazdan əvvəl gərginliyinin azaldılması və dayandırılmasının mümkün yolları ətrafında konstruktiv müzakirələr aparılıb.

Tərəflər həmçinin davamlı və uzunmüddətli sülhün əldə olunması istiqamətində səylərin irəlilədilməsi məsələlərini nəzərdən keçiriblər.


Geri dön