Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Kreml Putinin Trampla söhbətindən sonra bəyanat yayıb
Ana Sayfa > Karusel / Dünya > Kreml Putinin Trampla söhbətindən sonra bəyanat yayıb

Kreml Putinin Trampla söhbətindən sonra bəyanat yayıb


Bu gün, 10:41. Yazar: Admin

Kreml Putinin Trampla söhbətindən sonra bəyanat yayıb

Rusiyanın dünya bazarlarına neft və neft məhsulları tədarük etməsi qlobal iqtisadiyyata müsbət təsir göstərəcək.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampla danışıqlarından sonra Kremlin saytında dərc olunan bəyanatında bildirilib.

“Qlobal energetika sahəsindəki vəziyyəti müzakirə edərkən Rusiya tərəfi ABŞ və dünya bazarlarına neft və neft məhsulları tədarük etməyə hazır olduğunu təsdiqləyib. Əminəm ki, bu, bütün qlobal iqtisadiyyata müsbət təsir göstərəcək”, – Putin qeyd edib.

Rusiya Prezidentinin sözlərinə görə, Trampla telefon danışığı zamanı Ukrayna münaqişəsinin həlli perspektivlərinə, İran ətrafındakı vəziyyətə və ikitərəfli münasibətlərin müxtəlif aspektlərinə də ciddi diqqət yetirilib.

“İki ölkə prezidenti arasında şəxsi təmasların davam etdirilməsi, eləcə də prezident administrasiyaları, kəşfiyyat xidmətləri və digər qurumlar arasında əməkdaşlığın davam etdirilməsi barədə razılıq təsdiqlənib”, – Putin əlavə edib.


Geri dön