Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Rusiya XİN: Qərb İran və Venesuelada etirazların təşkilində “Starlink”dən istifadə edib
Ana Sayfa > Karusel / Dünya > Rusiya XİN: Qərb İran və Venesuelada etirazların təşkilində “Starlink”dən istifadə edib

Rusiya XİN: Qərb İran və Venesuelada etirazların təşkilində “Starlink”dən istifadə edib


Bu gün, 10:33. Yazar: Admin

Rusiya XİN: Qərb İran və Venesuelada etirazların təşkilində “Starlink”dən istifadə edib

Qərb ölkələri digər dövlətlərdə etiraz aksiyaları və iğtişaşların təşkili üçün “Starlink” peyk internet sistemindən istifadə ediblər.

TASS-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq İnformasiya Təhlükəsizliyi Departamentinin direktor vəzifəsini icra edən Andrey Akulçev II Qlobal Rəqəmsal Forumda bildirib.

Diplomatın iddiasına görə, belə hallar 2022-ci ildə İranda, 2024-cü ildə isə Venesuelada qeydə alınıb.

“Starlink”dən etirazların təşkili məqsədilə istifadə edilməsi hallarının həmin ölkələrdə müşahidə olunduğunu bildirən Akulçev bu fikirləri forum çərçivəsində keçirilən “İnformasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində beynəlxalq əməkdaşlıq” adlı panel müzakirəsində səsləndirib.

Qeyd edək ki, II Qlobal Rəqəmsal Forum oktyabrın 8-dən 10-dək keçirilir. TASS tədbirin baş informasiya tərəfdaşıdır.

 


Geri dön