Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Pezeşkian MDB və İran arasında “MDB+1” formatının yaradılmasını təklif edib
Ana Sayfa > Karusel / Siyasət > Pezeşkian MDB və İran arasında “MDB+1” formatının yaradılmasını təklif edib

Pezeşkian MDB və İran arasında “MDB+1” formatının yaradılmasını təklif edib


Bu gün, 16:01. Yazar: Admin

İran Prezidenti Məsud Pezeşkian

 

İran Prezidenti Məsud Pezeşkian MDB ilə Tehran arasında əməkdaşlığın dərinləşdirilməsi məqsədilə “MDB+1” formatının yaradılmasını təklif edib.

Bu barədə “Fars” agentliyi İran Prezidentinin MDB sammitindəki çıxışına istinadən məlumat yayıb.

Pezeşkian bildirib ki, “Müstəqil Dövlətlər Birliyinin üzv ölkələri + İran”, yaxud “MDB+1” formatı dialoq və əməkdaşlıq üçün çevik və səmərəli mexanizm kimi yaradılmalıdır.

İran Prezidentinin sözlərinə görə, bu format MDB ölkələri ilə İran arasında qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edə bilər.


Geri dön