Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycanın xaricdəki səfirlikləri də çağırışçıların və hərbi vəzifəlilərin uçotunu aparacaq
Ana Sayfa > Karusel / Siyasət > Azərbaycanın xaricdəki səfirlikləri də çağırışçıların və hərbi vəzifəlilərin uçotunu aparacaq

Azərbaycanın xaricdəki səfirlikləri də çağırışçıların və hərbi vəzifəlilərin uçotunu aparacaq


Bu gün, 13:12. Yazar: Admin

Azərbaycanın xaricdəki səfirlikləri də çağırışçıların və hərbi vəzifəlilərin uçotunu aparacaq

Azərbaycanın xaricdəki səfirlikləri də çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılmasında iştirak edəcək.

Qarabaginfo.az-ın xəbərinə görə, Nazirlə Kabineti bununla bağlı “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması qaydası”nda müvafiq dəyişiklik edib.

Hazırda Azərbaycan Ordusunu və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrini şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə dövlət orqanları (o cümlədən, konsulluqlar), yerli icra hakimiyyəti orqanları, yerli özünüidarə orqanları və Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, o cümlədən təhsil müəssisələri tərəfindən çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotu aparılır.


Geri dön