Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycan ilk dəfə MDB-yə sədrlik edəcək
Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan ilk dəfə MDB-yə sədrlik edəcək

Azərbaycan ilk dəfə MDB-yə sədrlik edəcək


Bu gün, 13:03. Yazar: Admin

Azərbaycan ilk dəfə MDB-yə sədrlik edəcək

MDB çərçivəsində sədrlik 2027-ci ildə Özbəkistana, 2028-ci ildə isə Azərbaycana keçəcək.

Qarabaginfo.az-ın xəbərə görə, hazırda Türkmənistan, Özbəkistan və Azərbaycan MDB-nin sədrlik üçlüyünü formalaşdırır.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə MDB-yə sədrlik edəcək. Əvvəlki illərdə Ermənistan–Azərbaycan münaqişəsi ölkəmizin bu funksiyanı üzərinə götürməsinə mane olan əsas amillərdən biri olub. Beləliklə, Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü, Türk Dövlətləri Təşkilatı (TDT), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və MDB çərçivəsində sədrlik funksiyalarını həyata keçirən ölkə olacaq.

Bundan əlavə, 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik Azərbaycana keçəcək və təşkilatın Zirvə görüşü ölkəmizdə keçiriləcək.

Azərbaycan 2028-ci ildə isə Avropa Siyasi Birliyinin Zirvə görüşünə ev sahibliyi edəcək.


Geri dön