Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Komidə iri neft emalı zavoduna dron hücumu edilib
Ana Sayfa > Karusel / Dünya > Komidə iri neft emalı zavoduna dron hücumu edilib

Komidə iri neft emalı zavoduna dron hücumu edilib


Bu gün, 11:52. Yazar: Admin

Komidə iri neft emalı zavoduna dron hücumu edilib

Rusiyanın Komi Respublikasının Uxta şəhərində yerləşən iri neft emalı zavodu dron hücumuna məruz qalıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "OSINT" məlumat yayıb.

Bildirilir ki, hücum nəticəsində zavodun texnoloji sahəsində güclü yanğın baş verib.

Məlumata əsasən, Rusiyanın “Lukoyl” şirkətinə daxil olan müəssisə ildə təxminən 4,2 milyon ton neft emal edir. Zavod Ukrayna ilə sərhəddən təxminən 1 750 kilometr məsafədə yerləşir.

Bundan başqa, Rusiyanın Belqorod vilayətində gecə hücumundan sonra neft bazasında yanğın baş verdiyi bildirilir.


Geri dön