Ana Sayfa > Karusel / Siyasət > Dövlət başçısı: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

Dövlət başçısı: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır


9-10-2026, 11:35. Yazar: Admin

Prezident İlham Əliyev

 

“Hörmətli həmkarlar, Azərbaycanın 2027-ci ildə MDB-də həmsədrliyinə dair qərarın dəstəklənməsinə görə təşəkkürümü bildirmək istərdim. Biz bunu ölkəmizə göstərilən yüksək etimadın təzahürü kimi qiymətləndirir və ümumi vəzifələrin həyata keçirilməsində fəal iştirak etməyə hazırıq”.

Qarabaginfo.az-ın xəbərə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə və həmin ilin payızında MDB Dövlət Başçıları Şurasının iclasını təşkil etməyə də hazırdır.


Geri dön