Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Sudanda üsyançı komandir 300 döyüşçü ilə ordunun tərəfinə keçib
Ana Sayfa > Karusel / Dünya > Sudanda üsyançı komandir 300 döyüşçü ilə ordunun tərəfinə keçib

Sudanda üsyançı komandir 300 döyüşçü ilə ordunun tərəfinə keçib


Bu gün, 07:51. Yazar: Admin

Sudanda üsyançı komandir 300 döyüşçü ilə ordunun tərəfinə keçib

Sudanda “Çevik Dəstək Qüvvələri” (RSF) adlı üsyançı hərəkatın xüsusi təyinatlı bölməsinin komandiri, polkovnik-leytenant Məhəmməd Əzraq əl-Fəncəri təxminən 300 hərbçi və 30 döyüş maşını ilə hökumət ordusunun tərəfinə keçdiyini elan edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “The Sudan Times” məlumat yayıb.

əl-Fəncəri videomüraciətində münaqişədə iştirakını yenidən dəyərləndirdiyini və müharibənin ölkəni viran qoyduğunu bildirərək RSF sıralarında xidmətini davam etdirməkdən imtina edib.

O, yaxınlarını itirən və evlərini tərk etmək məcburiyyətində qalan sudanlı ailələrdən üzr istəyib, digər döyüşçüləri də orduya qoşulmağa çağırıb.

RSF rəhbərliyi hələlik bu məlumatı təsdiqləməyib.


Geri dön