Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > XİN: Müharibənin başa çatmasından sonra Azərbaycanda mina qurbanlarının sayı 443 nəfərə çatıb
Ana Sayfa > Karusel / Siyasət > XİN: Müharibənin başa çatmasından sonra Azərbaycanda mina qurbanlarının sayı 443 nəfərə çatıb

XİN: Müharibənin başa çatmasından sonra Azərbaycanda mina qurbanlarının sayı 443 nəfərə çatıb


Bu gün, 21:25. Yazar: Admin

XİN: Müharibənin başa çatmasından sonra Azərbaycanda mina qurbanlarının sayı 443 nəfərə çatıb

Cəbrayıl rayonunda ata və oğlu mina partlayışı nəticəsində ağır xəsarət alıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilib.

Qeyd edilib ki, hadisə nəticəsində 2020-ci il müharibəsinin başa çatmasından sonra Azərbaycanda mina qurbanlarının sayı 443 nəfərə çatıb.

“Hadisə minaların yaratdığı ölümcül və ayrı-seçici təhlükəni bir daha nümayiş etdirir. Minalar hələ də günahsız insanların həyatına son qoyur və ağır xəsarətlərə səbəb olur”, - məlumatda deyilir.

Azərbaycan minaların yaratdığı davamlı təhlükəni pisləyib və ölkədə minatəmizləmə fəaliyyətinə beynəlxalq diqqətin artırılmasına çağırıb.


Geri dön