Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Binəli Yıldırım: Azərbaycanla Türkiyənin arasını vurmağa çalışmaq cəhdləri əbəsdir
Ana Sayfa > Karusel / Siyasət > Binəli Yıldırım: Azərbaycanla Türkiyənin arasını vurmağa çalışmaq cəhdləri əbəsdir

Binəli Yıldırım: Azərbaycanla Türkiyənin arasını vurmağa çalışmaq cəhdləri əbəsdir


Bu gün, 21:18. Yazar: Admin

 

Picture background

“Azərbaycanla Türkiyənin arasını vurmağa çalışmaq cəhdləri əbəsdir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib.

O bildirib ki, Azərbaycan və Türkiyə “bir millət, iki dövlət” prinsipinə əsaslanan münasibətlərini son illərdə daha da inkişaf etdirib.

O, Azərbaycan və Türkiyə arasında münasibətlərin Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin ortaya qoyduğu siyasi iradə nəticəsində “xəyalların belə fövqündə” inkişaf etdiyini bildirib.

B. Yıldırım iki ölkənin yaxınlaşmasını istəməyən qüvvələrin müxtəlif süni gündəmlər yaradaraq Azərbaycanla Türkiyənin arasını vurmağa çalışdığını deyib.

“Amma bunlar əbəs cəhdlərdir. Mən sadəcə gülümsəyib keçirəm”, - Binəli Yıldırım qeyd edib.


Geri dön