Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Tramp: ABŞ noyabrda keçiriləcək Konqres seçkilərinə qədər İrana zərbə endirməyəcək
Ana Sayfa > Karusel / Dünya > Tramp: ABŞ noyabrda keçiriləcək Konqres seçkilərinə qədər İrana zərbə endirməyəcək

Tramp: ABŞ noyabrda keçiriləcək Konqres seçkilərinə qədər İrana zərbə endirməyəcək


Bu gün, 21:07. Yazar: Admin

Donald Tramp

 

ABŞ noyabrın 3-də keçiriləcək aralıq seçkilərədək İrana zərbə endirmək niyyətində deyil.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

“Hamıya aydın şəkildə bildirmək istəyirəm ki, İran həm iqtisadi, həm də hərbi baxımdan çox ağır vəziyyətdə olsa da, blokada tam qüvvədə qalacaq və Hörmüz boğazından rekord həcmdə neft keçsə də, ABŞ-da noyabrın 3-də keçiriləcək aralıq seçkilərinə qədər İrana hücum etməyəcəyik”, - Tramp bildirib.

Trampın sözlərinə görə, ötən gecə Hörmüz boğazından 22 milyon barrel neft daşınıb və İrana və ya İrandan bir barrel belə neft keçməyib.

ABŞ lideri onu da əminliklə bildirib ki, İran heç vaxt nüvə silahına sahib olmayacaq.


Geri dön