Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Uraloğlu: Qars-İğdır-Dilucu dəmir yolu xətti ilə Ermənistan, Azərbaycan və Türkiyə arasında dəmir yolu əlaqələrini gücləndiririk
Ana Sayfa > Karusel / Dünya > Uraloğlu: Qars-İğdır-Dilucu dəmir yolu xətti ilə Ermənistan, Azərbaycan və Türkiyə arasında dəmir yolu əlaqələrini gücləndiririk

Uraloğlu: Qars-İğdır-Dilucu dəmir yolu xətti ilə Ermənistan, Azərbaycan və Türkiyə arasında dəmir yolu əlaqələrini gücləndiririk


Bu gün, 20:22. Yazar: Admin

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu

 

“Qars-İğdır-Dilucu dəmir yolu xətti ilə Ermənistan, Azərbaycan və Türkiyə arasında dəmir yolu əlaqələrini gücləndiririk”.

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Qars–İğdır–Aralık–Dilucu Dəmir Yolu Layihəsi ilə bağlı açıqlamasında bildirib.

O qeyd edib ki, 224 kilometrlik Qars-İğdır-Aralık-Dilucu dəmir yolu layihəsi üzrə işlər davam edir.

Nazirin sözlərinə görə, layihə Türkiyə ilə Ermənistan və Azərbaycan arasındakı dəmir yolu əlaqələrinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

A.Uraloğlu bildirib ki, Türkiyə regionda nəqliyyat bağlantılarının inkişaf etdirilməsi və dəmir yolu şəbəkəsinin gücləndirilməsi istiqamətində yeni layihələr həyata keçirir.


Geri dön