Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb
Ana Sayfa > Karusel / İdman > Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb


Bu gün, 20:21. Yazar: Admin

Murad Fətiyev

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan təmsilçisi Murad Fətiyev yarımfinal görüşünə çıxıb.

Qarabaginfo.az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz yaponiyalı Qoki Tayima ilə qarşılaşıb.

Rəqibinə məğlub olan Fətiyev finala yüksələ bilməyib. O, bürünc medal uğrunda görüşdə serbiyalı Nemanya Maydovla üz-üzə gəlib. Rəqibini məğlub edən idmançımız fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Qeyd edək ki, Murad Fətiyev mundialda əvvəlki görüşlərində yunanıstanlı Teodoros Tselidisi və fransalı Aleksa Mitroviçi məğlub edib.

Xatırladaq ki, Azərbaycan cüdoçuları dünya çempionatında indiyədək 4 medal qazanıblar. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc medala sahib çıxıblar.


Geri dön