Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Əraqçi İranın ABŞ-ın təklifinə bir neçə gün ərzində cavab verəcəyini bildirib
Ana Sayfa > Karusel / Siyasət > Əraqçi İranın ABŞ-ın təklifinə bir neçə gün ərzində cavab verəcəyini bildirib

Əraqçi İranın ABŞ-ın təklifinə bir neçə gün ərzində cavab verəcəyini bildirib


Bu gün, 16:35. Yazar: Admin

Abbas Əraqçi: Tramp diplomatiyaya - Medianews.az

İran ABŞ-ın təklifinə bir neçə gün ərzində cavab verəcək.

Qarabaginfo.az-ın məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bu gün jurnalistlərə açıqlamasında İran-ABŞ danışıqlarının son vəziyyəti barədə danışarkən deyib.

Əraqçi bildirib ki, danışıqlar prosesi davam edir və vasitəçilər tərəflər arasında mesaj mübadiləsi aparır.

“Biz “yeddi günlük plan” adlandırdığımız təklifimizi təqdim etdik və ABŞ-ın buna dair mövqeyini dinlədik”, - nazir bildirib.

İranın xarici işlər naziri qeyd edib ki, hazırda ABŞ-ın mövqeyi nəzərdən keçirilir.

“Düşünürəm ki, qarşıdakı bir neçə gün ərzində cavabımızı təqdim edəcəyik”, - Əraqçi vurğulayıb.


Geri dön