Ana Sayfa > Karusel / Sosial > Goranboyda tapılan çeçen qadınla bağlı rəsmi araşdırma NƏTİCƏ VERMİR
Goranboyda tapılan çeçen qadınla bağlı rəsmi araşdırma NƏTİCƏ VERMİR12-01-2018, 10:16. Yazar: Admin |
Yeni il bayramı ərəfəsində Goranboy rayonunda tapılan, milliyətcə çeçen olduğunu deyən ağbirçək qadının kimliyi və harada qeydiyyatda olması hələ də tam müəyyənləşməyib. 104 yaşında olduğu iddia edilən qadın özünü Mədinə Əliyeva kimi təqdim etsə də, Dağıstan və Çeçenistanda bu ad və soyadlı adamın qeydiyyatda olmadığı söylənilib. Eyni zamanda, Azərbaycanın Daxili İşlər Nazirliyi Dövlət Sərhəd Xidməti ilə birgə araşdırma aparıb, həmin şəxsin ölkəyə giriş-çıxışının olmadığı da üzə çıxıb. "Qarabaginfo" xəbər verir ki, Modern.az saytı Mədinə Əliyevanın hazırda saxlanıldığı Bakıdakı “Tereza ana” sosial sığınacağı ilə əlaqə saxlayıb.
Geri dön |