Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Zelenski: Ukrayna nümayəndə heyəti danışıqlar üçün ABŞ-a gedəcək
Ana Sayfa > Karusel / Dünya > Zelenski: Ukrayna nümayəndə heyəti danışıqlar üçün ABŞ-a gedəcək

Zelenski: Ukrayna nümayəndə heyəti danışıqlar üçün ABŞ-a gedəcək


Bu gün, 16:33. Yazar: Admin

Ukrayna Prezidenti Volodimir Zelenski

 

Ukraynanın nümayəndə heyəti cümə və şənbə günləri ABŞ-a səfər edərək danışıqlar aparacaq.

"Reuters" xəbər verir ki, bu açıqlamanı Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın son zərbəsi nəticəsində çox sayda dinc sakinin öldüyü Çerniqov vilayətinin Priluki şəhərinə səfəri zamanı verib.

O, ABŞ Prezidenti Donald Trampı Rusiyaya təzyiqi artırmağa çağırıb.

“Bir tərəfdən ruslarla gələcək iqtisadi layihələr barədə danışıqlar aparmaq, digər tərəfdən isə diplomatik dalana dirəndiyimizi söyləmək olmaz”, – Zelenski deyib.


Geri dön