Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
Ana Sayfa > Karusel / Dünya > Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir

Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir


Bu gün, 16:25. Yazar: Admin

Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir

ABŞ Prezidenti Donald Tramp Türkiyənin artıq ödənişini etdiyi F-35 qırıcılarını almasını istəyir.

Bunu ABŞ Dövlət katibi Marko Rubio Yunanıstanın “Kathimerini” qəzetinə müsahibəsində deyib.

Rubionun sözlərinə görə, ABŞ qanunvericiliyi Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemləri ilə bağlı məsələ həll olunana qədər F-35 qırıcılarının Ankaraya təhvil verilməsini qadağan edir.

O bildirib ki, Türkiyə bu hüquqi məhdudiyyətlərdən xəbərdardır və problemin mümkün həlli yollarını araşdırır.


Geri dön