Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib
Ana Sayfa > Karusel / Siyasət > Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib

Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib


Bu gün, 16:24. Yazar: Admin

Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib

Avropa Parlamentinin bugünkü plenar iclasında Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edilib.

Qarabaginfo.az xəbər verir ki, “Hakim "Gürcü Arzusu" partiyasının Gürcüstanda müxalifət partiyalarını qadağan etmək cəhdləri” adlı qətnaməni 445 deputat dəstəkləyib, 37 deputat əleyhinə səs verib, 97 deputat isə bitərəf qalıb.

Sənəddə Gürcüstanın müxalifət partiyalarının qadağan edilməsi cəhdləri qətiyyətlə pislənilib və siyasi birliklərə qarşı qaldırılmış konstitusiya iddiasının dərhal geri götürülməsi tələb edilib.

Bundan əlavə, qətnamədə Avropa İttifaqına və təşkilata üzv dövlətlərə “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili, Baş nazir İrakli Kobaxidze, parlament sədri Şalva Papuaşvili və Tbilisi meri Kaxa Kaladzeyə qarşı sanksiyalar tətbiq etmək çağırışı yer alıb.


Geri dön