Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Ana Sayfa > Karusel / Dünya > Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib


Bu gün, 16:22. Yazar: Admin

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin yaydığı sənəddə bildirilir.

Yeni sanksiyalar Rusiya maliyyə sektoruna, eləcə də “kölgə donanması” ilə əlaqəli şirkət və 12 gəmiyə qarşı yönəlib.

Sanksiya tətbiq edilən qurumlar arasında "Zarubejneft" şirkəti və “Stolichny Credit” bankının da olduğu bildirilir.

Böyük Britaniya hökumətinin məlumatına görə, yeni məhdudiyyətlər Rusiyanın maliyyə xidmətləri sektorunda fəaliyyət göstərən və ölkənin neft gəlirlərinin təmin edilməsində rol oynadığı iddia edilən strukturları hədəfə alır.

“Reuters“in məlumatına görə, yeni paket Rusiyanın neft məhsullarının daşınmasında istifadə olunan “kölgə donanması”na qarşı tədbirləri də əhatə edir.


Geri dön