Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > TƏBİB xəstəxanaların informasiya sistemlərində yaranmış problemin səbəbini açıqlayıb
Ana Sayfa > Karusel / Səhiyyə > TƏBİB xəstəxanaların informasiya sistemlərində yaranmış problemin səbəbini açıqlayıb

TƏBİB xəstəxanaların informasiya sistemlərində yaranmış problemin səbəbini açıqlayıb


Bu gün, 16:21. Yazar: Admin

TƏBİB xəstəxanaların informasiya sistemlərində yaranmış problemin səbəbini açıqlayıb

TƏBİB-in tabeliyində olan tibb müəssisələrində istifadə edilən informasiya sistemlərinin fəaliyyətində müvəqqəti fasilələr müşahidə olunur.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, fasilələrin səbəbi şəbəkə və kibertəhlükəsizlik həlləri ilə əlaqəlidir.

"İnformasiya sistemlərinin fəaliyyətində fasilə yarandığı müddətdə vətəndaşlara göstərilən tibbi xidmətlərin davamlılığının təmini məqsədilə qeydiyyat prosesi alternativ qaydada həyata keçirilir.

Hazırda texniki problemin aradan qaldırılması istiqamətində aidiyyəti istehsalçı şirkətin yerli və beynəlxalq mütəxəssisləri tərəfindən zəruri tədbirlər görülür.

Vətəndaşlara göstərilən tibbi xidmətlərin fasiləsizliyinin təmin olunması diqqətdə saxlanılır.

Yaranmış müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik", - məlumata qeyd olunub.


Geri dön