Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Rusiya Putinin həbsinə order verən prokuror və BCM-in digər 8 nümayəndəsinin ekstradisiyasını tələb edir
Ana Sayfa > Karusel / Dünya > Rusiya Putinin həbsinə order verən prokuror və BCM-in digər 8 nümayəndəsinin ekstradisiyasını tələb edir

Rusiya Putinin həbsinə order verən prokuror və BCM-in digər 8 nümayəndəsinin ekstradisiyasını tələb edir


Bu gün, 13:38. Yazar: Admin

Kərim Xan

 

Rusiya Baş Prokurorluğu Niderlanddan və bir neçə başqa ölkədən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) axtarışda olan rəhbərliyinin ekstradisiyasını tələb edir.

Qarabaginfo.az xəbər verir ki, ekstradisiya üçün 9 nəfər, o cümlədən BCM-in sədri Pyotr Hofmanski və prokuror Kərim Xanla bağlı sorğu göndərilib.

Baş Prokurorluqdan bildirilib ki, Rusiya BCM-in üzvü olmasa da və onun yurisdiksiyasını tanımasa da, məhkəmə Rusiya vətəndaşlarını qanunsuz olaraq məsuliyyətə cəlb edib.

Qeyd edək ki, 2023-cü ildə BCM Rusiya Prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belova barəsində həbs qərarı verib.


Geri dön