Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Paytaxtda daha üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib
Ana Sayfa > Karusel / İnfrastruktur > Paytaxtda daha üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Paytaxtda daha üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib


Bu gün, 12:45. Yazar: Admin

Paytaxtda daha üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Paytaxtın Hövsan qəsəbəsinin 8 Noyabr küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, məhdudiyyət səbəbindən 120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib.

Marşrutların fəaliyyət istiqamətləri:

- 120 nömrəli marşrut Elman Qasımov küçəsi (Hövsan qəsəbəsi) – Səməd Vurğun parkı;

- 120E nömrəli marşrut Hövsan yaşayış kompleksi (MİDA) – Səməd Vurğun parkı;

- 121E nömrəli marşrut Elman Qasımov küçəsi (Hövsan qəsəbəsi) – metronun “Əhmədli” stansiyası.


Geri dön