Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Paşinyan: Rusiya tərəfi ilə Qars və Naxçıvana dəmir yolu tikintisi müzakirə olunacaq
Ana Sayfa > Karusel / Region > Paşinyan: Rusiya tərəfi ilə Qars və Naxçıvana dəmir yolu tikintisi müzakirə olunacaq

Paşinyan: Rusiya tərəfi ilə Qars və Naxçıvana dəmir yolu tikintisi müzakirə olunacaq


Bu gün, 12:39. Yazar: Admin

Ermənistanın Baş naziri Nikol Paşinyan

 

“Rusiya Dəmir Yolları”nın rəhbəri Oleq Belozyorov gələn həftə Ermənistana səfər edəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində Ermənistanın dəmir yolu infrastrukturunun inkişafı, o cümlədən Qars və Naxçıvan istiqamətlərində dəmir yolu xətlərinin mümkün tikintisi məsələləri müzakirə olunacaq.

Görüşlərdə “Rusiya Dəmir Yolları”nın törəmə şirkəti olan “Cənubi Qafqaz Dəmir Yolları”nın (CQDY) Ermənistan dəmir yollarının idarə olunması üzrə konsessiyası məsələsinin də gündəmdə olacağı bildirilir.

Paşinyan daha əvvəl Ermənistanın Rusiya ilə dəmir yolu konsessiyası məsələsini dostluq yolu ilə həll etmək istədiyini deyib. O, konsessiya hüququnun Ermənistan və Rusiya üçün məqbul olan üçüncü ölkəyə verilməsini mümkün variant kimi göstərib.


Geri dön