Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Qarabağ > Rəis: DTX Baş Hərbi-Tibb İdarəsində indiyədək 328 nəfər itkin düşmüş şəxsin genetik-identifikasiyası həyata keçirilib
Rəis: DTX Baş Hərbi-Tibb İdarəsində indiyədək 328 nəfər itkin düşmüş şəxsin genetik-identifikasiyası həyata keçirilibBu gün, 12:31. Yazar: Admin |
|
“Müasir dünyamızda silahlı münaqişələrin, təbii fəlakətlərin, qeyri-qanuni miqrasiya və transmilli cinayətlərin artması nəticəsində milyonlarla insanın itkin düşməsi bu qlobal problemə qarşı kompleks yanaşmanı və birgə səyləri şərtləndirir”. Qarabaginfo.az xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransında keçirilən panel sessiyada Dövlət Təhlükəsizliyi Xidmətinin Baş Hərbi-Tibb İdarəsinin rəisi, tibb xidməti general-mayoru Rüfət Əliyev deyib. O bildirib ki, bu mənada İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu üzrə 4-cü Beynəlxalq konfrans olduqca mühüm əhəmiyyət kəsb edir: “İnsanlıq tarixinin ən mühüm elmi nailiyyətlərindən biri olan DNT əsaslı tədqiqatlar, itkin düşmüş şəxslərin identifikasiya prosesində ciddi nəticələr əldə etmək və əsas məqsədlərə çatmaqda xüsusi rola malikdir. Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin Genetik araşdırmalar mərkəzi bir müddət əvvəl fəaliyyətə başlamasına baxmayaraq, hazırlıqlı kadr potensialının formalaşdırılması və laboratoriyanın beynəlxalq standartlara uyğun texnoloji avadanlıq və cihazlarla təchiz edilməsi nəticəsində elmi əsaslı, obyektiv və etibarlı, eləcə də sürətli və keyfiyyətli genetik ekspertiza xidmətləri göstərmək mümkün olub. İtkin düşmüş şəxslərin axtarışı ilə yanaşı, hüquqi qiymətləndirmədə və həqiqətin ortaya çıxarılmasında geniş tətbiq edilən məhkəmə genetik ekspertiza fəaliyyətinin hazırkı dövrdə sabit qalması mümkün deyil. Texnologiyaların sürətli inkişaf etdiyi müasir dünyamızda itkin düşmüş şəxslərin genetik identifikasiyasında yeni dəyişmələrə elmi əsaslarla cavab verə bilən genetik-ekspertiza qurumlarına ehtiyac getdikcə artmaqdadır. Azərbaycanda mərkəzində insan amilinin, vətəndaşların hüquq və mənafelərinin dayandığı dövlət siyasətinin prinsiplərinə uyğun olaraq, tam dövlət maliyyələşməsi hesabına qurulan Genetik araşdırmalar mərkəzinin laboratoriyasının akkreditasiyadan keçirilməsinin vacibliyi nəzərə alınıb və 2024-cü ilin may ayında Beynəlxalq Standartlaşdırma Təşkilatının Milli Akkreditasiya Mərkəzi tərəfindən ISO/IEC 17025:2017 standartına uyğun olaraq akkreditasiya olunmuş və sertifikatlaşdırılıb. Laboratoriyanın bioloji materialların idarə edilməsində beynəlxalq keyfiyyət standartlarına tam uyğunluğunu təmin etmək məqsədilə biobankların səlahiyyətləri, qərəzsizliyi və ardıcıl fəaliyyəti üçün hazırlanmış ISO 20387 standartının tətbiqi və akkreditasiyası üzrə bütün hazırlıq mərhələləri uğurla tamamlanıb və cari ilin noyabr ayında akkreditasiya prosesinin baş tutacağı gözlənilir”. İdarə rəisi diqqətə çatdırıb ki, indiyədək HTBİ-də 328 nəfər itkin düşmüş şəxsin genetik-identifikasiyası həyata keçirilib: “Genetik araşdırmalar mərkəzinin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına və digər aidiyyəti dövlət qurumlarına rəqəmsal transformasiyası, modern texnoloji cihaz və avadanlıqlardan istifadə edilməsi tədqiqatların etibarlılığını və xidmət keyfiyyətini artırıb, əldə edilən nəticələrlə itkin düşmüş şəxslərin axtarışı prosesinə ictimai etimadı daha da gücləndirib. Yeni nəsil DNT texnologiyaları genetik-mütəxəssislərin bilik və bacarıqlarının yenilənməsini birmənalı olaraq zəruri edir. Xüsusi təlimlər və davamlı peşəkar inkişaf həm fərdi, həmdə təşkilati səviyyədə qarşıya əsas vəzifə kimi qoyulub”. Geri dön |