Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > "Reuters": ABŞ və Rusiya “Şimal axını” ilə Avropaya qaz tədarükünü müzakirə edir
Ana Sayfa > Karusel / İqtisadiyyat > "Reuters": ABŞ və Rusiya “Şimal axını” ilə Avropaya qaz tədarükünü müzakirə edir

"Reuters": ABŞ və Rusiya “Şimal axını” ilə Avropaya qaz tədarükünü müzakirə edir


Bu gün, 12:30. Yazar: Admin

"Reuters": ABŞ və Rusiya “Şimal axını” ilə Avropaya qaz tədarükünü müzakirə edir

ABŞ və Rusiya rəsmiləri “Şimal axını” qaz kəmərləri vasitəsilə Rusiya qazının Avropaya tədarükünün bərpası imkanlarını müzakirə ediblər.

Bu barədə “Reuters“ beş mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, müzakirələrə ABŞ-ın xüsusi nümayəndəsi Cared Kuşner və Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev cəlb olunub. Tərəflər “Şimal axını” kəmərlərinə ABŞ investorunun cəlb edilməsi imkanını nəzərdən keçiriblər.

"Reuters"in mənbələrinə görə, Kuşner və Dmitriyev son həftələrdə Moskva və Nyu-Yorkda görüşüblər. Onların həmin görüşlərdə “Şimal axını” məsələsini nə dərəcədə müzakirə etdikləri məlum deyil, lakin məsələ gündəmdə qalır.


Geri dön