Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Xarici səyyah: Qarabağda həyata keçirilən işləri görmək çox xoşdur
Ana Sayfa > Karusel / Qarabağ > Xarici səyyah: Qarabağda həyata keçirilən işləri görmək çox xoşdur

Xarici səyyah: Qarabağda həyata keçirilən işləri görmək çox xoşdur


Bu gün, 12:24. Yazar: Admin

Banqladeşdən olan səyyah Raiiq Ridwan

 

Qarabağ və Şərqi Zəngəzura səfərimizin birinci gündür, səhər tezdən səfərə başlamışıq. Burada baş verən yenilikləri, inkişafı görmək çox xoşdur.

Qarabaginfo.az-ın APA-ya istinadən xəbər verir ki, bunu Qarabağ və Şərqi Zəngəzura səfər edən Banqladeşdən olan səyyah Raiiq Ridwan deyib.

"Bir qədər əvvəl Azıx mağarasında olduq, tarixi keçmişdən hazırki dövrə nəzər yetirdik. Bu ərazilərin yenidən qurulmasını görmək maraqlıdır. Hadrutda da olduq, gözəl, yaşıllığa qərq olan ərazilər adamı məftun edir", - səyyah bildirib.

Filippindən olan səyyah Jan Vincent Francisco isə deyib ki, 3 gün ərzində region barədə daha çox məlumat əldə etmək və bölgənin tarixi haqqında daha ətraflı öyrənmək istəyir.


Geri dön