Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Paşinyan: MDB sammitində Azərbaycan və Rusiya liderləri ilə təmaslarımız olacaq
Ana Sayfa > Karusel / Siyasət / Region > Paşinyan: MDB sammitində Azərbaycan və Rusiya liderləri ilə təmaslarımız olacaq

Paşinyan: MDB sammitində Azərbaycan və Rusiya liderləri ilə təmaslarımız olacaq


Bu gün, 12:17. Yazar: Admin

​​​​​​​Ermənistanın Baş naziri Nikol Paşinyan

 

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənistanda keçiriləcək MDB sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə təmaslarının olacağını bildirib.

Qarabaginfo.az xəbər verir ki, Paşinyan bunu bu gün brifinqdə deyib.

Ermənistan hökumət başçısı qeyd edib ki, sammit çərçivəsində Rusiya və Azərbaycan liderləri ilə rəsmi ikitərəfli görüşlər nəzərdə tutulmayıb.

Bununla belə, Paşinyan tədbirlər çərçivəsində müxtəlif təmasların mümkün olduğunu vurğulayıb.

Qeyd edək ki, MDB dövlət başçılarının sammiti oktyabrın 8-9-da Türkmənistanın “Avaza” milli turizm zonasında keçiriləcək.


Geri dön