Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Abşeron xəstəxanasının baş həkiminin müavini bıçaqlandı
Ana Sayfa > Karusel / Kriminal > Abşeron xəstəxanasının baş həkiminin müavini bıçaqlandı

Abşeron xəstəxanasının baş həkiminin müavini bıçaqlandı


Bu gün, 12:03. Yazar: Admin

abseron-xestexanasinin-bas-hekiminin-muavini-bicaqlandi

 

Abşeron rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Qarabaginfo.az “Report”a istinadən xəbər verir ki, hadisə Abşeron Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Belə ki, ilkin məlumata görə, tibb müəssisəsinin baş həkimininin müavini Orxan Ənvərli əvvəllər orada çalışmış və işdən azad edilmiş əməkdaşın hücumuna məruz qalıb. Nəticədə, vəzifəli şəxs bıçaq xəsarəti alıb.

Hadisə ilə bağlı xəstəxanaya polis əməkdaşları cəlb olunub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Elçin Balayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Orxan Ənvərli Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Daxili nəzarət və monitorinq departamentinin rəhbəri olub. O, 2026-cı ilin yayında vəzifəsindən azad edilib və Abşeron rayon Xəstəxanasına baş həkiminin müavini təyin edilib.


Geri dön