Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Qazaxıstan Prezidenti Orta Dəhlizin “Üç dəniz” təşəbbüsü ilə inteqrasiyasını təklif edib
Ana Sayfa > Karusel / Siyasət > Qazaxıstan Prezidenti Orta Dəhlizin “Üç dəniz” təşəbbüsü ilə inteqrasiyasını təklif edib

Qazaxıstan Prezidenti Orta Dəhlizin “Üç dəniz” təşəbbüsü ilə inteqrasiyasını təklif edib


Bu gün, 11:45. Yazar: Admin

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev

 

Orta Dəhlizin “Üç dəniz” nəqliyyat təşəbbüsü ilə inteqrasiyası ekspertlər səviyyəsində müzakirə oluna bilər.

Qarabaginfo.az-ın xəbərə görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə çıxışı zamanı bildirib.

Tokayev Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına xüsusi əhəmiyyət verildiyini qeyd edib.

Onun sözlərinə görə, son illərin dinamikası Orta Dəhliz kimi tanınan bu marşruta tələbatın artdığını göstərir.

“Hesab edirəm ki, ilkin mərhələdə ekspertlər səviyyəsində Orta Dəhlizin “Üç dəniz” nəqliyyat təşəbbüsü ilə inteqrasiyası müzakirə oluna bilər. Bu, mövcud potensialı genişləndirər və dövlətlərimizin uzunmüddətli maraqlarına cavab verər”, – Qazaxıstan Prezidenti bildirib.

Tokayev qeyd edib ki, Qazaxıstan nəqliyyat infrastrukturunu ardıcıl şəkildə inkişaf etdirir. O, həmçinin, Çini Xəzər dənizi, daha sonra isə Avropa bazarları ilə birləşdirəcək “Aral–Xəzər magistralı” avtomobil yolu layihəsinin icrasına başlanıldığını diqqətə çatdırıb.

Qazaxıstan Prezidenti Dünya Bankının hesablamalarına istinad edərək bildirib ki, bütün infrastruktur vəzifələrinin yerinə yetiriləcəyi təqdirdə, 2040-cı ilədək Xəzər dənizi vasitəsilə yükdaşımaların həcmi dörd dəfə arta bilər.


Geri dön