Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Tramp Konqres seçkilərinədək İrana yeni zərbələr endirilməsi barədə göstəriş verə bilər
Ana Sayfa > Karusel / Dünya > Tramp Konqres seçkilərinədək İrana yeni zərbələr endirilməsi barədə göstəriş verə bilər

Tramp Konqres seçkilərinədək İrana yeni zərbələr endirilməsi barədə göstəriş verə bilər


Bu gün, 08:30. Yazar: Admin

Tramp Konqres seçkilərinədək İrana yeni zərbələr endirilməsi barədə göstəriş verə bilər

ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərinədək İrana yeni hərbi zərbələr endirilməsi barədə göstəriş verə bilər.

“The Atlantic” jurnalının mənbələrə istinadən yaydığı məlumata görə, Ağ Ev Pentaqona seçkilərdən əvvəl İran obyektlərinə mümkün hücum variantlarını hazırlamağı tapşırıb.

Mənbələr bildiriblər ki, yekun qərar hələ qəbul edilməyib. Potensial zərbələrin miqyası, hədəfləri və ümumiyyətlə, belə bir əməliyyatın keçirilməsinin məqsədəuyğunluğu müzakirə olunur.

Nəşrin məlumatına görə, son həftələrdə Pentaqon Trampa aralıq seçkilərindən sonra hərbi əməliyyatların yenidən başlanmasına imkan verən bir neçə variant da təqdim edib. Bu variantlar arasında İranın enerji infrastrukturuna zərbələr endirilməsi də var.

Jurnalın həmsöhbətlərinin iddiasına görə, Tramp seçkilərədək benzinin qiymətini azaltmağa və İranla münaqişədə irəliləyiş əldə olunduğunu nümayiş etdirməyə çalışır.


Geri dön