Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Tramp: HAMAS üç il əvvəl İsrailə etdiyi hücuma görə ağır bədəl ödəyir
Ana Sayfa > Karusel / Dünya > Tramp: HAMAS üç il əvvəl İsrailə etdiyi hücuma görə ağır bədəl ödəyir

Tramp: HAMAS üç il əvvəl İsrailə etdiyi hücuma görə ağır bədəl ödəyir


Bu gün, 08:18. Yazar: Admin

ABŞ prezidenti Donald Tramp

 

HAMAS üç il əvvəl İsrailə etdiyi hücuma görə ağır bədəl ödəyir.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Texasa səfəri öncəsi Ağ Evin cənub həyətində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı apardığını açıqlasa da, söhbətin təfərrüatlarını bölüşməyib.

“Mən Netanyahu ilə danışdım. Ona və İsrail xalqına ən xoş arzularımı çatdırıram. Bu, dəhşətli gün və dəhşətli faciə idi. İnanın mənə, qarşı tərəf oktyabrın 7-də etdiklərinə görə çox ağır bədəl ödəyir”, – ABŞ Prezidenti deyib.


Geri dön