Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > KİV: İran və ABŞ arasında vasitəçilik səyləri dalana dirənib
Ana Sayfa > Karusel / Dünya > KİV: İran və ABŞ arasında vasitəçilik səyləri dalana dirənib

KİV: İran və ABŞ arasında vasitəçilik səyləri dalana dirənib


Bu gün, 07:40. Yazar: Admin

KİV: İran və ABŞ arasında vasitəçilik səyləri dalana dirənib

İran və ABŞ arasında münaqişənin nizamlanması məqsədilə ayrı-ayrı dövlətlərin həyata keçirdiyi vasitəçilik səyləri dalana dirənib.

“Al Hadath” telekanalının ABŞ-dan olan yüksəkvəzifəli mənbəsinə istinadən verdiyi məlumata görə, Vaşinqton Tehrana nüvə potensialı məhdudlaşdırılmayana qədər ikitərəfli dialoqda irəliləyişin olmayacağı barədə mesaj göndərib.

Mənbənin iddiasına görə, ABŞ İranın Hörmüz boğazı üzərində nəzarəti itirdiyini hesab etdiyindən bu məsələ artıq Vaşinqton üçün prioritet deyil.

Bildirilib ki, Vaşinqton Tehrandan İranın bundan sonra nüvə imkanlarını inkişaf etdirməyəcəyini qəbul etməsini tələb edir.


Geri dön