Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ukraynanın Priluki şəhərinə raket zərbəsi nəticəsində 19 nəfər ölüb
Ana Sayfa > Karusel / Dünya > Ukraynanın Priluki şəhərinə raket zərbəsi nəticəsində 19 nəfər ölüb

Ukraynanın Priluki şəhərinə raket zərbəsi nəticəsində 19 nəfər ölüb


Dünən, 22:21. Yazar: Admin

Ukraynanın Priluki şəhərinə raket zərbəsi nəticəsində 19 nəfər ölüb

Ukraynanın Priluki şəhərində yaşayış binasına raket zərbəsi nəticəsində ölənlərin sayı 19-a çatıb, onlardan beşi uşaqdır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 7-də raketin düşdüyü yaşayış binasının dağıntıları altından daha bir uşağın meyiti çıxarılıb.

Xilasedicilərin məlumatına görə, hadisə nəticəsində 55 nəfər, o cümlədən yeddi uşaq yaralanıb. Hadisə yerində zərərçəkənlər və onların yaxınları ilə psixoloqlar işləyir. İndiyədək 90 nəfərə psixoloji yardım göstərilib.

Axtarış-xilasetmə əməliyyatının davam etdiyi, xilasedicilərin binanın dağıntılarını təmizlədiyi və uçqun altında axtarış apardığı bildirilib.

Ukrayna tərəfinin məlumatına görə, Rusiya səhər saatlarında Prilukidə beşmərtəbəli yaşayış binasına raket zərbəsi endirib. Hücumun Ukraynaya gecə ərzində həyata keçirilən kütləvi zərbələrin bir hissəsi olduğu, Kiyev, Dnepr, Zaporojye və Kremençuqda da partlayışların qeydə alındığı bildirilib.

 


Geri dön