Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycan və Özbəkistan XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib - FOTO
Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan və Özbəkistan XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib - FOTO

Azərbaycan və Özbəkistan XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib - FOTO


Dünən, 22:20. Yazar: Admin

Azərbaycan və Özbəkistan XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib - FOTO

Bakıda Azərbaycan və Özbəkistan Xarici İşlər Nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, oktyabrın 7-də keçirilən məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə XİN-in Konsulluq idarəsinin rəisi Emil Səfərov, Özbəkistan nümayəndə heyətinə isə Konsulluq və hüquq idarəsinin rəis müavini Abduvaxit Tursunov rəhbərlik edib.

Görüşdə Azərbaycanın Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət Miqrasiya Xidməti və Dövlət Sərhəd Xidmətinin, həmçinin Özbəkistanın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər.

Məsləhətləşmələr zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər ədliyyə, təhsil, sərhəd, miqrasiya və digər sahələrdə əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. Vətəndaşların hüquqlarının və müdafiəsinin təmin edilməsi məqsədilə qarşılıqlı müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Danışıqların sonunda Azərbaycan və Özbəkistan nümayəndə heyətlərinin rəhbərləri görüşün protokolunu imzalayıblar.

 


Geri dön