Ana Sayfa > Karusel / Siyasət > Ukraynalı uşaqların Qəbələ, Şamaxı və Şəkiyə ekskursiyası təşkil edilib

Ukraynalı uşaqların Qəbələ, Şamaxı və Şəkiyə ekskursiyası təşkil edilib


Bu gün, 21:01. Yazar: Admin

Ukraynalı uşaqların Qəbələ, Şamaxı və Şəkiyə ekskursiyası təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Ukraynadan ölkəmizə gətirilmiş daha 30 uşaqla bağlı reabilitasiya tədbirləri davam etdirilir.

Nazirlikdən Qarabaginfo.az-a verilən məlumata görə, reabilitasiya proqramı çərçivəsində uşaqlar üçün Qəbələ, Şamaxı və Şəki turu təşkil edilib.

Bildirilib ki, ekskursiya zamanı uşaqlar Qəbələdə Tufandağ İstirahət Kompleksini və Qəbələnd Əyləncə Mərkəzini, Şamaxıda Alpaka fermasını və Şəkidə Xan Sarayını ziyarət ediblər. Onlar Azərbaycanın zəngin mədəni-tarixi irsi və təbiəti ilə yaxından tanış olublar.

Həmçinin uşaqlar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı “DOST Evi” filialını ziyarət edərək burada müxtəlif master-klaslara qatılıblar.

Qeyd olunub ki, 10 günlük sosial reabilitasiya proqramı uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək məqsədi daşıyır.


Geri dön