Ana Sayfa > Karusel / Dünya > Rusiya ordusu Ukraynaya raket zərbələri endirib, 16 nəfər ölüb 

Rusiya ordusu Ukraynaya raket zərbələri endirib, 16 nəfər ölüb 


Bu gün, 20:56. Yazar: Admin

Rusiya ordusu Ukraynaya raket zərbələri endirib, 16 nəfər ölüb - YENİLƏNİB

Ukraynanın Priluki şəhərində Rusiya ordusunun raket zərbəsi nəticəsində ölənlərin sayı 16-ya çatıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Çerniqov vilayəti üzrə Ukrayna Milli Polisi məlumat yayıb.

Bildirilib ki, ölənlərdən 4-ü uşaqdır.

Daha 55 nəfər yaralanıb, onlardan 7-si uşaqdır.

Məlumata görə, Rusiya raketi yaşayış binasına düşüb. Hazırda dağıntılar altında insanların axtarışı davam etdirilir.


Geri dön