Ana Sayfa > Karusel / Dünya > Rusiya ÜST-ü İrkutsk vilayətindəki epidemioloji vəziyyət barədə məlumatlandırıb

Rusiya ÜST-ü İrkutsk vilayətindəki epidemioloji vəziyyət barədə məlumatlandırıb


Bu gün, 15:36. Yazar: Admin

 

Kreml: Rusiya Yaxın Şərqlə bağlı razılığa gəlmək üçün kömək etməyə hazırdır » Qarabaginfo.az

Rusiya Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) İrkutsk vilayətindəki epidemioloji vəziyyət barədə məlumatlandırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O, İrkutsk vilayətindəki epidemioloji vəziyyətlə bağlı məlumatların böyük əksəriyyətinin yalan olduğunu qeyd edib.

Kremlin sözçüsü “Rospotrebnadzor”un açıqlamalarına diqqət yetirməyə çağırıb.

Qeyd edək ki, İrkutsk vilayətində bir nəfərin ölümü ilə nəticələnən şübhəli taunla bağlı məlumatlardan sonra karantin tətbiq edildiyi və bəzi xəstəxanaların bağlandığı barədə məlumat yayılıb. Rəsmi Moskva taun xəstəliyinin aşkarlanması ilə bağlı məlumatları təkzib edib. “Rospotrebnadzor” İrkutsk vilayətində ölən qadının pnevmoniyadan həyatını itirdiyini, hazırda regionda sanitar-epidemioloji vəziyyətin sabit olduğunu açıqlayıb.


Geri dön