Ana Sayfa > Karusel / Dünya > Serbiya XİN: Azərbaycanla münasibətlər yüksək səviyyədədir

Serbiya XİN: Azərbaycanla münasibətlər yüksək səviyyədədir


Bu gün, 15:26. Yazar: Admin

Serbiyanın Xarici İşlər Nazirliyinin Baş katibi Duşan Kozarev

 

Serbiya və Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir.

Qarabaginfo.az xəbər verir ki, bunu Serbiyanın Xarici İşlər Nazirliyinin Baş katibi Duşan Kozarev İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində keçirilən IV Beynəlxalq Konfransda deyib.

O, Azərbaycan və Serbiya arasında münasibətlərə toxunaraq Azərbaycanın Serbiyanın suverenliyi və ərazi bütövlüyünün qorunmasına dair mövqeyinə görə təşəkkür edib.

Kozarev iki ölkə və xalqlar arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.

“Biz hesab edirik ki, itkin şəxslər məsələsinin həlli sahəsində təcrübəmiz münaqişələrdən zərər çəkmiş digər regionlar üçün də əhəmiyyətli ola bilər”, – o əlavə edib.

Serbiyanın məhkəmə-tibb ekspertizası, insan qalıqlarının araşdırılması, kütləvi və gizli məzarlıqlarla bağlı işlərdə müvafiq qurumlar arasında əməkdaşlıq sahəsində təcrübəsini bölüşməyə hazır olduğunu bildirən Kozarev Beynəlxalq Qızıl Xaç Komitəsi, İtkin Şəxslər üzrə Beynəlxalq Komissiya, BMT-nin İnkişaf Proqramı və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığın vacibliyini qeyd edib.

O vurğulayıb ki, humanitar prinsiplər, peşəkar ekspertiza və davamlı beynəlxalq əməkdaşlıq münaqişədən sonrakı ən mürəkkəb şəraitlərdə belə konkret nəticələr verə bilər.

“İtkin şəxslərin taleyinə aydınlıq gətirilməsi mühüm humanitar öhdəlik, etimadın yaradılmasına, barışığa və davamlı sülhə mühüm töhfədir”, – Serbiya rəsmisi bildirib.


Geri dön