Ana Sayfa > Karusel / Qarabağ > Xorvatiya səfiri: "Cəbrayıldakı qəbiristanlığın tamamilə dağıdılmasını görmək çox ağrılıdır"
Xorvatiya səfiri: "Cəbrayıldakı qəbiristanlığın tamamilə dağıdılmasını görmək çox ağrılıdır"6-02-2021, 14:57. Yazar: Admin |
“Cəbrayılda belə bir mənzərəni görmək doğrudan da çox ağrılıdır”. Qarabaginfo.az "Report"a istinadən xəbər verir ki, bunu Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebic Cəbrayılda ermənilər tərəfindən törədilmiş dağıntılarla tanış olduqdan sonra jurnalistlərə açıqlamasında deyib. Səfir bildirib ki, xüsusilə qəbiristanlığın tamamilə dağıdılmasını görmək çox ağrılı bir səhnədir: “Bu kimi hallar bizə onu göstərir ki, bu cür hadisələr, münaqişələr baş verməməlidir və bir daha belə mənzərələri yaşamamalıyıq”. Geri dön |