Ana Sayfa > Karusel / Multimedia > Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirilib

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirilib


Bu gün, 15:09. Yazar: Admin

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirilib

Azərbaycan jurnalistlərinin IX qurultayı Rəşid Behbudov adına Mahnı Teatrında keçiriləcək. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi, eyni zamanda qurultayın keçirilmə tarixinin oktyabrın 15-dən oktyabrın 16-na dəyişdirilməsinə qərar verib.

Bu barədə Qarabaginfo.az-a MŞ-dan məlumat verilib.

Bildirilib ki, qərar hazırlıq işlərinin daha səmərəli şəkildə aparılması zərurətindən irəli gəlir.

"Təşkilat Komitəsi Mətbuat Şurasına üzv təşkilatalara qurultaya nümayəndələrin və Şuranın İdarə Heyətinə namizədlərin verilməsi prosesini sürətləndirməyə, bunun üçün MŞ-nin “presscouncil.az” veb-saytındakı “Azərbaycan jurnalistlərinin IX qurultayı” bölməsində yerləşdirilmiş təlimatı yerinə yetirməyə (anketləri dolduraraq şəxsən Mətbuat Şurasına çatdırmaq və ya info@presscouncil.az elektron ünvanına göndərmək) çağırır", - məlumatda bildirilib.

Qeyd edək ki, nümayəndələrin və namizədlərin verilməsi prosesi oktyabrın 12-də başa çatacaq. Qurultay oktyabrın 16-da saat 09:00-da öz işinə başlayacaq.


Geri dön