Ana Sayfa > Karusel / İqtisadiyyat > ADY Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edəcək

ADY Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edəcək


Bu gün, 14:49. Yazar: Admin

ADY Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edəcək

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edəcək.

Qarabaginfo.az ADY-yə istinadən xəbər verir ki, əlavə reyslər 10 və 11 oktyabr tarixlərində həyata keçiriləcək.

Eyni zamanda, Bakı-Qazax-Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.

Biletləri ADY-nin rəsmi internet saytı, “ADY Mobile” tətbiqi və dəmir yolu kassalarından əldə etmək mümkündür.

ADY Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edəcək

Geri dön