Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ankarada silahlı insident nəticəsində bir polis əməkdaşı həlak olub
Ana Sayfa > Karusel / Region > Ankarada silahlı insident nəticəsində bir polis əməkdaşı həlak olub

Ankarada silahlı insident nəticəsində bir polis əməkdaşı həlak olub


Bu gün, 07:26. Yazar: Admin

Ankarada silahlı insident nəticəsində bir polis əməkdaşı həlak olub

Ankaranın Pursaklar rayonunda polis əməkdaşlarının keçirdiyi yoxlama zamanı polis əməkdaşı Ahmet Türkoğlu silahlı hücum nəticəsində həlak olub.

Qarabaginfo.az xəbər verir ki, məlumata görə polis əməkdaşları əməliyyat zamanı bir avtomobili saxlayıb. Avtomobildə olan şəxslərin şəxsiyyətinin yoxlaması aparılarkən arxa oturacaqda əyləşən şübhəli şəxs maşından düşərək əlindəki silahla polis əməkdaşı Ahmet Türkoğluna iki dəfə atəş açıb.

Hadisə ilə bağlı əraziyə polis və təcili tibbi yardım əməkdaşları göndərilib. Ağır yaralanan Türkoğlu Pursaklar Dövlət Xəstəxanasına çatdırılıb, lakin həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Ankara valisi Yakup Canbolat bildirib ki, hadisə saat 23:25 radələrində Karacaören-TOKİ yolundakı yoxlama məntəqəsində baş verib. Onun sözlərinə görə, avtomobildə üç nəfər olub. Hücumdan sonra avtomobildəki iki şəxs saxlanılıb, atəş açan şübhəli isə hadisədən dərhal sonra özünə atəş açıb.

Onun vəziyyətinin ağır olduğu bildirilib.


Geri dön